Icma.az, Modern.az portalına istinadən məlumat verir. Dekabrın 4-də yazıçı, publisist, tərcüməçi Mahir Qabiloğlunun doğum günüdür, onun 58 y
Təkcə mənim yox. 4 dekabrda o qədər adam doğulub ki... Amma onlardan mənə nə?! 4 dekabr təkcə mənimçün ad günüdür.
Düzünü desəm, xoşlamıram ad gününü. İndinin özündə də qızlarım, nəvələrim təbrikə gələndə acıqlanıram onlara.
İndi deyəcəksiniz ki, lap düz eləyirsən. Burda qeyri-adi nə var ki? 58 yaşlı kişi də ad günü keçirməyi xoşlayar?
Yaşlı adamlara yubiley yaraşar. O da beş-on ildən bir. Ad günü balaca uşaq üçündür. Tortun üstünə düzülmüş şamları yandırsınlar.
Ətrafdakıların oxuduğu “happi bös dey” Azərbaycan xalq mahnısının sədaları altında, səbəkar rəngbərəng şamları üfürüb söndürsün.
Sonra şamların söndüyünü görüb ağlayan səbəbkar üçün həmin şamları bir də yandırsınlar. O, birdə üfürüb söndürsün... Çox uzun prosesdir.
Sonra da ətrafdakılar ona “Ad günün mübarək!” əvəzinə, qədim Azərbaycan ifadəsi olan “İyi ki doğdun!” söyləsinlər. Bu qədər sadə və əttökən.