Sabah metro gec bağlanacaq

26.07.2025

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
 

Bu barədə Sfera.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
 

Məlumata görə, tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq.


Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.
 

Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara “Koroğlu” stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью