Sabah metronun bu stansiyaları gecə saat 01:00 dək açıq olacaq

24.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

BAKU.WS xəbər verir ki, qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.

Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью