Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
Transfer çalışmalarını davam etdirən “Sabah” futbolçusu ilə müqavilə müddətini uzadıb.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Rəhman Daşdəmirovdan gedir. Paytaxt təmsilçisi müdafiəçisi ilə 2 illik sözləşmə bağlayıb. Millimizin üzvü qarşıdakı iki ildə “Sabah”da çıxış edəcək. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Xatırladaq ki, 26 yaşlı müdafiəçi ötən mövsüm “Sabah”ın heyətində 24 matçda çıxış edib. Onun aktivində qol və ya assist yoxdur.