Sabah millimizin üzvü ilə müqavilə imzaladı

04.06.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tellur 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu Masazır təmsilçisində ümumilikdə 102 oyun keçirib. Mütəllimov komandanın uğurlarında xüsusi pay sahibi olmuş futbolçulardandır. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью