“Sabah” millinin futbolçusunu transfer etdi RƏSMİ

27.06.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, klub Stiv Solvetlə 2 illik müqavilə imzalayıb.

Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью