Sabah Naxçıvanda bəzi ərazilərdə elektrik enerjisi kəsiləcək

12.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Oktyabrın 13-də 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən XQ-yə verilən məlumata görə, bu səbəbdən sabah saat 10:00-dan 12:00-dək 56, 59, 60, 61-ci məhəllələrində, Şəhriyar, Səməd Vurğun, Həsən Rəhmanov küçələrində, Hərbi Şəhərcik 1-də, Universitet şəhərciyində, Uşaq Xəstəxanasında, Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью