Sabah Neftçi ilə ölüm dirim savaşına neçə itki ilə çıxacaq? AÇIQLAMA

01.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Sabah" ilk oyuna 2 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Cəzalı futbolçumuz yoxdur. Amin Seydiyev üçün mövsüm bitibsə, bu qarşılaşmada iştirak edə bilməyəcək digər oyunçu Namik Ələsgərovdur".

Qeyd edək ki, tərəflərin ilk dueli sabah "Neftçi Arena"da baş tutacaq. Görüşün start fiti 19:30-da səsləndiriləcək.

Nihat 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью