“Sabah” “Neftçi” oyununa nə qədər bilet satılıb? açıqlandı

22.04.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Sabah ölkə kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” matçı keçiriləcək. İlk oyunda 2:1 hesabıyla qalib gələn “bayquşlar” üstünlüyü qorumaq və ya artırmaq uğrunda mübarizə aparacaqsa, “ağ-qaralar” bir top fərqini aradan qaldırmalıdı.

Məlumdu ki, premyer-liqada uğursuz mövsüm keçirən, bu üzdən ilk “dördlük”dən uzaq düşən komandaların avrokuboklara yollanmaq üçün kuboku başı üzərində qaldırmaqdan başqa yolu yoxdu.
Bəs, belə əhəmiyyətli oyuna azarkeş marağı hansı səviyyədədi? “Football-plus.az”ın sualını Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavabladı:

“Bilet satışı davam edir. Biletlər azarkeş tələbatına uyğun şəkildə mərhələli şəkildə satışa çıxarılır. Hazırda 3000-ə yaxın bilet satılıb. Bunda başqa, qonaq komandanın azarkeşləri üçün 1000-dən çox yer ayrılıb. Qeyd etdiyimiz kimi, bilet satışı azarkeş marağına əsasən tənzimlənir və oyun günü də davam etdiriləcək”.

Xatırladaq ki, “Sabah” – “Neftçi” oyunu saat 20.00-da “Bank Respublika Arena”da başlayacaq.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью