“Sabah” “Neftçi”yə qarşı

01.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu bu gün keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında “Neftçi” və “Sabah” komandaları üz-üzə gələcək. Matça saat 19:00-da start veriləcək.

Komandalar arasında əvvəl baş tutan 2 oyunu “Sabah” qazanıb. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью