Sabah Nizami rayonunda qaz kəsiləcək

12.10.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Paytaxtın bəzi yerlərində qaz olmayacaq. 

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 13.10.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью