Sabah ölkə ərazisində hava şəraiti yağıntılı olacaq AZƏRTAC

06.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 yanvar, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən AZƏRTAC bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın bəzi şərq rayonlarında yanvarın 7-dən 8-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью