Sabah ölkəmizdə hava əsasən yağmursuz olacaq | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° isti olacaq.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, mülayim Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10° isti olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu