Sabah onu əldən buraxmaq istəmir: Braziliyalıya 1 illik təklif

10.04.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” aparıcı oyunçularından daha birini komandada saxlamağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi braziliyalı legioneri İqor Noqeyranı buraxmaq niyyətində deyil.
Umarali Raxmonaliyevi "Rubin"dən icarəyə götürən “Sabah” Noqeyra ilə də müqavilə müddətini artırmağı planlaşdırır. 30 yaşlı stopperin özü də Azərbaycan klubunda qalmaq istəyir.
Tərəflər arasında müqavilə müddətinin 1 illik artırılacağı gözlənilir.
2024-cü il avqustun 10-da “Sabah”a keçən İqorun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Braziliyalı futbolçu karyerası ərzində “Fluminense”, “Gent”, “Fiqueyrense”, “Jil Visente”, “Mazatlan”, “Yuventude”, “Santa-Klara”, “Şaviş” komandalarında oynayıb.

AFFA rəsmisi FIFA-nın sammitində iştirak edir "Turan Tovuz"a növbəti pis xəbər: Ən azı 2 həftə oynamayacaq Şahin Diniyev ehtiyat edir: "İstəmirəm ki, Oser faciəsini bir daha yaşayaq" Azərbaycanlı nümayəndə ilk dəfə avrokubokların 1/4 finalında ABL: Pley-in mərhələsinə 2 oyunla start veriləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью