Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” heyətlə bağlı islahatlarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub komandada icarə əsasında çıxış edən futbolçuları əldən buraxmaq niyyətində deyil.
Masazır təmsilçisi Velko Simiçin transferini həll etməyə yaxındır. Futbolçunun inamlı çıxışı davam edərsə, mövsümün sonunda onunla yola davam ediləcək.
Lakin klub Timateuş Puxaçı heyətində saxlamaqda çətinlik yaşayır. “Sabah” yarımmüdafiəçinin çıxışından məmnun olsa da, futbolçunun müqavilə ilə məxsus olduğu “Holşteyn Kiel” transferə müsbət yanaşmır.
Tərəflərin yayda imzaladığı sözləşmədə də tamhüquqlu transfer bəndi yer almayıb. Bu səbəbdən “bayquşlar” Almaniya təmsilçisi ilə danışıqları davam etdirir.
II Bundesliqa klubu Puxaçla yollarını yalnız yüksək məbləğ qarşılığında ayırmağa razıdır. Orta xətt oyunçusunun transfer qiyməti 1,5 milyon avro olaraq qiymətləndirilir.
Timateuş bu mövsüm 15 matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “bayquşlar” daha öncə Aaron Maluda və Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.
"Liverpul" - "Qarabağ" matçının hakimləri bəlli olub Günün canlı yayımlanacaq matçları AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb "Turan Tovuz"un futbolçusu 999 gündən sonra ilkə imza atıb "Sabah" "20"yə çatdı