“Sabah” onu yenidən icarəyə verəcək

14.07.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Sabah” futbolçusu Camal Cəfərovu yenidən icarəyə verəcək.

Futbolpress.az-ın məlumatına görə, Azərbaycanın U-21 yığmasının üzvü olan cinah oyunçusu “Karvan”a keçə bilər. Bölgə təmsilçisi 23 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Rusiyanın “Anji” klubunun yetirməsi olan Camal 2020-ci ildən “Sabah”dadır. 2021-ci ildən əsas komandada çıxış edən cinah oyunçusu son iki mövsümü “Kəpəz”də icarədə keçirib. Gəncə təmsilçisi bu yay onunla yenidən vidalaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью