Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah”ın son transferi Eyden Makkartinin transferi üçün “Kayzer Çifs”ə ödədiyi məbləğ açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, “African Times” qəzeti Azərbaycan çempionunun cənubi afrikalı oyunçuya görə 7 000 000 rand (təxminən 720 000 manat) transfer məbləği ödədiyini yazıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu “Kayzer Çifs”in yetirməsidir.