Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Basketbol Liqasında mübarizə aparan 2 komanda - "Sabah" və "Ordu" yoxlama oyununda qarşılaşıblar.
Fanat.Az xəbər verir ki, "bayquşlar" oyundan qalib ayrılıblar.
Son çempion rəqibini 96:79 hesabı ilə yenib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk qarşılaşmasında "Sabah" ötən mövsümün gümüş mükafatçısı "LANDAU Lions"la üz-üzə gələcək. Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.