Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03.08.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Fanat.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

"Bayquşlar" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa, "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

AL-in pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək. 

Qeyd edək ki, avqustun 5-də baş tutacaq "Orhus" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Tərəflər arasında cavab matçı isə avqustun 11-də keçiriləcək.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью