“Sabah” “Orhus”la matçdan əvvəl açıq məşq keçirib FOTO

10.08.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək "Sabah" oyundan əvvəl məşqə çıxıb.

İdman.Biz-in məlumatına görə, Valdas Dambrauskasın komandasının "Sabah" Futbol Mərkəzində gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif terminləri yerinə yetiriblər.

Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.
İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью