“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09.08.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Orhus”un Danimarka Superliqasında keçirəcəyi oyunun vaxtı dəyişdirilib.

Apasport.az xəbər verir ki, komandanın III turda “Midtyullan”la qarşılaşması avrokubok matçı ilə əlaqədar təxirə salınıb.

Görüş sentyabrın 2-də keçiriləcək. Qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlaması nəzərdə tutulub. “Orhus”un rəsmi təqvimində də matçın yeni tarixi sentyabrın 2-si göstərilib.

Qeyd edək ki, “Orhus” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 11-də Bakıda keçiriləcək.

Valdas Dambrauskas: “Mərhələni keçmək şansımız var” “Fənərbaxça”dan inamlı qələbə - YENİLƏNİB Kostyuk “Qarabağ”ın gücünü vurğuladı – ”GÜCLÜ RƏQİBDİR” “Orhus” – “Sabah” oyunu gec start götürəcək - Başlama saatı dəyişdirildi AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью