Sabah oruc tutulmalıdir? AÇIQLAMA

29.03.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın bütün məscidlərində sabah -  martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. 

Bakıvaxtı.az xəbər hər il Ramazan ayında müzakirə olunan məsələ - bayram sabahdır, yoxsa birisigün sualı ətrafında bu il də müzakirələr açılır.

Bəs oruc tutan insanlar martın 30-da namazadək oruc tutmalıdırlar, yoxsa 29-da yekunlaşdırırlar?

Fuad Nurullayev: Bayram günü oruc tutmaq haramdır

Mövzu ilə bağlı Bakıvaxtı.az- açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullayev bildirib ki, oruc tutan insan bayramın olduğunu dəqiqləşdirdikdən sonra oruc tuta bilməz:

“Bayram günü oruc tutmaq haramdır. Bayram namazına gedən insan yeməyini yeməli, buna da iftar etmək deyilir, daha sonra bayram namazına qatılmalıdır. Allah bayramımızı mübarək etsin!”

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью