“Sabah” “Orxus” oyunu onlara tapşırıldı

30.07.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Orxus” (Danimarka) matçının hakimləri müəyyənləşib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Juan Pineyru olacaq. Ona yan xətt hakimləri Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.

Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.

Komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью