“Sabah” Ovestriyə yollanır çempionun səfər planı

12.07.2026

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Nyu Seynts”i məğlub edən “Sabah” cavab matçında mərhələ adlamağa çalışacaq. Bu qarşılaşma iyulun 14-ü, Bakı vaxtıyla saat 21.30-da İngiltərənin Ovestri şəhərində keçiriləcək.

Səfər planı, mətbuat konfranslarının vaxtı, matçın harda yayınlanacağı, çempionun azarkeş dəstəyi görüb-görməyəcəyi haqda bilgi əldə etmək üçün mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Komanda səfərə bu gün çıxacaq. Oyunöncəsi məşq matçdan bir gün öncə Bakı vaxtı ilə saat 22.00-da, mətbuat konfransı isə saat 21.30-da baş tutacaq. Komandamıza səfərdə azarkeş dəstəyi olması gözlənilir. Konkret say oyun günü dəqiqləşəcək. Yayınla bağlı məsələlər isə hələ dəqiqləşməyib”.


KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью