Sabah partiyaların maliyyə hesabatları MSK ya təqdim etmələri üçün müddət başa çatır

30.03.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Sabah siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

APA-nın xəbərinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью