Sabah penaltilər seriyasında səfərdə qələbə qazandı

04.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti iştirakçısı bəlli olub.

Xalqcebhesi.az xəbər verir ki, 1/8 finalın üçüncü oyununda “Turan Tovuz” doğma meydanda "Sabah"la qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası keçirilib. Burada daha dəqiq oynayan qonaqlar 1/4 finala yüksəliblər - 3:1.

"Sabah" növbəti mərhələdə "Sumqayıt" - MOİK cütünün güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью