Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" növbəti görüşünə çıxacaq.
Komanda Moldova "Petrokub"unu qəbul edəcək.
Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.
Cütün qalibi Avropa Liqasının II təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) duelinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşü
20:00. "Sabah" - "Petrokub"