Sabah Polşa millisinin üzvünü heyətinə qatdı RƏSMİ

09.09.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb.

Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью