Sabah Putin və Lukaşenko görüşəcək

07.05.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kremldə Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş keçiriləcəyi açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Bildirilib ki, iki ölkə lideri mayın 8-də bir araya gələcək. Görüş çərçivəsində dostluq şam yeməyi təşkil olunacaq və tərəflər Moskva ilə Minsk arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Uşakovun sözlərinə görə, Putin və Lukaşenko 9 May – Qələbə Gününü yalnız qeyd etmək deyil, həm də toplanmış məsələləri müzakirə etmək üçün münasib vaxt hesab edirlər.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью