Sabah qabonlu forvardla 3 illik müqavilə imzaladı RƏSMİ

16.06.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Sabah" klubu futbolçusu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

Fanat.Az xəbər verir ki, məlumatı Masazır təmsilçisinin mətbuat xidməti yayıb.

25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Mbina bu ilin fevralından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью