Sabah qalib gəldi, Azərbaycanın reytinq əmsalı artdı

08.07.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Sportal.az xəbər verir ki, bu, komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS-i məğlub etməsi sayəsində mümkün olub. Masazır təmsilçisinin qalibiyyəti ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan hazırda (18,812 əmsal) 26-cı pillədə qərarlaşıb. 27-ci sırada Slovakiya (18,250), 25-ci mövqedə İsrail (20,750) yer alıb. Xatırladaq ki, İngiltərə 101.852 əmsalla UEFA reytinqində liderdir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью