Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.
Axar.az xəbər verir ki, əvvəlcə "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci görüşündə "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb. Bu matçda da qonaqlar sevinən tərəf olublar - 3:1.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" liderliyini möhkəmləndirib. İkinci sırada yer alan "Qarabağ"ın 36 xalı var.
"Zirə" isə 29 xalla 5-ci pillədə qalıb.