Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının “Sabah” komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi İsrailin “Hapoel” (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib. Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 2:1.
Oyunun 6-cı dəqiqəsində “Sabah”ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Konfrans Liqasındakı təmsilçimiz Ağdamın “Qarabağ” klubu isə dünən axşam Niderlandda “Tvente” ilə qarşılaşıb.
Qabil YUSİFOĞLU
XQ