“Sabah” qanalı ilə müqavilə imzaladı

04.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah” icarə əsasında komandada çıxış edən Qodfred Boakyenin transfer hüquqlarını alıb.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” “Birmingem”lə müqaviləsi başa çatan müdafiəçini azad agent kimi sıralarına qatıb. Əsas komanda ilə Avstriya toplanışına yollanan qanalı müdafiəçi baş məşqçi Valdas Dambrauskasın müsbət rəyini qazanıb və onunla müqavilə imzalanıb.

“Sabah” Boakyeni bu ilin fevralında İngiltərənin “Birmingem” klubundan icarəyə götürmüşdü.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью