Sabah qar yağacaq XƏBƏRDARLIQ

17.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında da dekabrın 18-i səhər dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı -ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью