Sabah Qarabağ derbisində qapılara top vurulmadı

25.10.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

"Sabah" - "Qarabağ" derbisində qapılara top vurulmadı

Bu gün Misli Premyer Liqasında 9-cu turun son oyunları keçirilib.

Futbolsevərlərin əsas diqqət mərkəzində "Sabah" - "Qarabağ" derbisi olub. Olduqca gərgin və mübarizə şəraitində keçən oyunda hər iki tərəfin səylərinə baxmayaraq qapılara qol vurulmayıb. Düzdür, "Sabah" iki dəfə "Qarabağ"ın qapısına yol tapsa da hakim hər iki halda qolu nəzərə almayıb. Birinci halda hakim oyundankənar vəziyyət olduğunu nəzərə alaraq qolu hesaba almayıb. İkinci halda isə "Qarabağ" qapısı ağzında qol vurulmazdan əvvəl top "Sabah"ın oyunçusunun əlinə dəyib. Ona görə hakim qolu saymayıb. Beləliklə "Sabah" - "Qarabağ" oyunu qolsuz başa çatıb. Bu oyun göstərdi ki, "Qarabağ" nəhayət uzun fasilədən sonra özünə gəlməyə başlayıb. Xüsusi ilə "Qarabağ" həm hücumda, həm də müdafiədə ötən illərdə olduğu kimi inamla oynamağa başlayıb.

Bu oyundan sonra "Sabah" 20 xalla lider, "Qarabağ" isə 18 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib.

25 oktyabr (bazar)

18:00. “Sabah” – “Qarabağ” - 0:0

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan, “Dalğa Arena”

15:00. “İmişli” – “Şamaxı” - 2:1

Qollar: Dioqo Almeyda, 17 (1:0), Abdullahi Şuaybu, 65 (1:1), Seyxan Fərəcov, 90-pen. (2:1)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu

Turun digər nəticələri

“Neftçi” - “Turan Tovuz” - 1:1

“Şəfa” - “Kəpəz” - 1:2

“Araz-Naxçıvan” - “Qəbələ” - 1:2

“Zirə” - “Sumqayıt” - 3:2

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью