Sabah Qarabağ la oyuna neçə itki ilə çıxacaq? AÇIQLAMA

25.04.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının (MPL) 32-ci turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Sabah" oyunun hazırlıqlarını davam etdirir. 

"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, heyətdə mövsümü erkən başa vurduğu öncədən bəlli olan müdafiəçi Amin Seydiyevdən başqa itki yoxdur:

"Futbolçulardan heç biri cəzalı deyil. Seydiyevi nəzərə almasaq, zədəli də yoxur. Komanda "Qarabağ"a qarşı oyuna tam heyətlə hazırlaşır".

Qeyd edək ki, aprelin 27-də "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Qarabağ" matçı 20:00-da start götürəcək. 31 oyuna 76 xal toplayan Ağdam təmsilçisi MPL-in tunrir cədvəlində 1-ci, Masazır komandası isə (39 xal) 5-ci pillədə qərarlaşıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью