Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Milli.Az xəbər verir ki, turun bağlanış oyununda "Sabah" öz meydanında "Qarabağ"ı qəbul edib. "Sabah Arena"da keçirilən mərkəzi görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra "Sabah" 20 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.
Günün ilk matçında "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, IX turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"a, "Kəpəz" "Şəfa"ya 2:1, "Zirə" "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib - 1:1.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)