Sabah Qəbələ : HANSI İTKİLƏR VAR?

04.02.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsində "Sabah" "Qəbələ"ni qəbul edəcək.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Masazır təmsilçisi matça iki itki ilə çıxacaq.

Komandanın hücumçusu Coy Lens Mikels görüşü buraxacaq. Onun məşq zamanı aldığı zədə hələ ki, sağalmayıb.

"Bayquşlar"ın kapitanı Pavol Şafranko bərpa prosesini davam etdirir. Onun aprelə qədər yaşıl meydanlara çıxması real görünmür.

"Qəbələ"də isə itki yoxdur. Komanda matça tam heyətlə çıxacaq. 

Qeyd edək ki, "Sabah" - "Qəbələ" matçı bu gün saat 19:30-da start götürəcək.

"Fənərbaxça" Kanteni rəsmən açıqladı: "Bəzi hekayələr vaxt alar" II Liqa klubunda ayrılıq "Şahdağ Qusar"da anqolalı futbolçu Portuqaliyalı hücumçu "İmişli"də Kubok matçlarının təyinatları bəlli oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью