“Sabah” “Qəbələ” ilə matçda hesabda öndə Yenilənir

17.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” “Qəbələ” ilə matçda hesabda öndə - Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu, “Sabah” isə 16 xalla 2-ci pillədə qərarlaşıb. 

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Hazırda hər iki komandanın 16 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə birinci, Ağdam klubu isə üçüncü yeri tutur. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. 

Misli Premyer Liqası, 8-ci tur

17 oktyabr (şənbə)

16:00. “Qəbələ” - “Sabah” - 0:1 (Fasilə)

Qol: Abdula Xaybullayev, 45+1
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” - “Neftçi”
Hakimlər:
Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

18 oktyabr (bazar)

15:00. “İmişli” - “Turan Tovuz”

18:30. “Kəpəz” - “Zirə”

16 oktyabr (cümə)

“Şamaxı” - “Şəfa” - 3:2

“Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 7 qol

Coy-Lens Mikels ("Sabah") - 4 qol

Ağadadaş Salyanski (“Araz-Naxçıvan”) - 3 qol

Aleksey Kaşuk ("Qarabağ") - 3 qol

Rikardo Apolinario (“Şamaxı”) - 3 qol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью