Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulub.
Axar.az xəbər verir ki, bağlanış oyununda “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran Bakı klubu turnir cədvəlinə başçılıq edir. 14 xalı olan “qırmızı-qaralar” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”yə, “Zirə” “Karvan-Yevlax”a, “Araz-Naxçıvan” “Sumqayıt”a 1:0, “Neftçi” isə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Turan Tovuz” matçında isə qapılara qol vurulmayıb – 0:0.