Sabah Qəbələdə, Qarabağ isə Sumqayıtda meydana çıxır

31.08.2026

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.

Adalet.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə meydana “Araz-Naxçıvan” və “Sabah” komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 18:00-da başlayacaq.

Turun bağlanış oyunu isə Sumqayıtda yerli komanda ilə “Qarabağ” arasında olacaq. “SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 20:15-də start götürəcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz heç-heçə edib, “İmişli” “Şəfa”ya, “Kəpəz” “Turan Tovuz”a, “Zirə” isə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью