“Sabah” “Qəbələ”ni darmadağın edərək liderliyə yüksəldi

17.10.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ” və “Sabah” komandaları qarşılaşıb.

Moderator.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda “bayquşlar”ın qollarını Abdullah Xaybullayev (45+1-ci və 90+3-cü dəqiqə), Aleksey İsayev (74-cü dəqiqə) və Coy-Lens Mikels (88-ci dəqiqə) vurublar.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” 19 xalla turnir cədvəlinin liderliyinə yüksəlib. Elton Bəkirinin rəhbərlik etdiyi “Qəbələ” isə 4 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью