Sabah Qəbələnin bəzi kəndləri qazsız qalacaq

19.08.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 20 avqust 2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin bir hissəsinin, həmçinin rayonun Vəndam, Tüntül, Yengicə və Nohurqışlaq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью