Sabah qələbə qazandı, Azərbaycanın mövqeyi... UEFA reytinqi

22.07.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Buna "Sabah"ın ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda Finlandiya "KuPS"-unu evdə yenməsi şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal 1.750-yə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 20.312-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Skovakiyanın 18,750 xalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailin xal ehtiyatı isə 20,750-dir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью