Sabah qələbə üzünə həsrət qalan Araz Naxçıvan ı qonaq edir

28.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 13-cü turuna Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" öz meydanında "Araz-Naxçıvan"la üz-üzə gəlir.

Naxçıvan klubu carı mövsümdə qələbə üzünə həsrət qalan yeganə komandadı və turnir cədvəlinin zirzəmisində qərarlaşıb. "Sabah" isə əksinə, çempionluq uğrunda mübarizə aparır. "Bayquşlar" hazırda 24 xalla ikinci pillədə qərarlaşıb və heç şübhəsiz ki, bu oyunun da favoritidir.

Qeyd edək ki, hesabat turuna sabah keçiriləcək "Şamaxı" - "Qəbələ" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası

II dövrə, XIII tur

19:00. "Sabah" - "Araz-Naxçıvan"

Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev 
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mərdəkan. "Sabah Arena".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью