“Sabah” qələbəni unudub

25.11.2024

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Sabah” Premyer Liqada 7 oyundur qələbə qazana bilmir.

“Futuristlər” sonuncu turda “Turan Tovuz”la qollu heç-heçə edib – 1:1. 14 turdan sonra 19 xalla 5-ci sırada qərarlaşan “bayquşlar” itkilər fonunda avrokubok zonasından aralanmaqdadır.

Xüsusilə, ikinci pillədəki “Araz-Naxçıvan”ın qələbələri sıraladığı bir dönəmdə yol verilən itkilər komandanın gümüş medal arzusunu da yarımçıq qoyacaq. Artıq tərəflər arasında 14 xallıq fərq var və bu gedişlə, bunu qapamaq mümkün olmayacaq.

“Sabah”ın müdafiədə və hücumda ciddi problemləri var. Ani diqqətsizlikdən buraxılan qollar, hücumda effektiv ola bilməmək, ələ düşən fürsətlərin sağa-sola xərclənməsi komandanın qələbəsizlik seriyasını artıran əsas amillərdəndir.

“Sabah” növbəti turda “Səbail”i qəbul edəcək.

Kamil Əhməd

Əsas xəbərlər, Ölkə futbolu Renduliçin “Sabah” karyerası – statistika

25 Noyabr 2024, 15:06

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa: Tovuz və Sumqayıt zirvəyə şərik oldu

25 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, Premyer liqa Tovuzda sülh, “Sumqayıt”dan qələbə

24 Noyabr 2024, 20:55

Əsas xəbərlər, Ölkə futbolu, Ümumi Krunoslav Renduliç: “Bu, özüm üçün də bir çağırışdır”

24 Noyabr 2024, 19:36

Əsas xəbərlər, Premyer liqa Tovuzda heyətlər məlum oldu

24 Noyabr 2024, 16:04

Əsas xəbərlər, Ölkə futbolu, Ümumi De Bleker “Sabah” klubuyla görüşüb

22 Noyabr 2024, 19:04

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью