“Sabah” qeyri adi və maraqlı rəqibdir”

13.10.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Slaviya”nın futbolçusu Tomaş Vlçek Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı müdafiəçi matçla bağlı bunları deyib:

“Sabah”ın maraqlı hekayəsi var. 9 il əvvəl yaranan bir klubdur. Qısa müddətdə belə səviyyətə çatmaqları heyrətamizdir. Onlar qeyri-adi və maraqlı rəqibdir. Matçı səbirsizliklə gözləyirik. Uzun müddətdir, Çempionlar Liqasında qələbə qazana bilmirik. Uğursuz seriyanı qırmalıyıq”.

Bu gün keçiriləcək “Sabah” – “Slaviya” matçına saat 20:45-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью