SABAH qruplarına professor müəllim heyəti AXTARILIR

20.05.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, müsabiqədə iştirak üçün son müraciət tarixi – 31.05.2025-ci il, 23:59


Müsabiqə barədə ətraflı məlumatı //sabah.edu.az/ ünvanına daxil olaraq xəbərlər bölməsindən əldə edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью