Sabah Ramazan Fətvası veriləcək

16.02.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Fevralın 18-i gecə niyyət edilir, fevralın 19-u isə ilk oruc günüdür. 
Modern.az-ın məlumatına görə, sabah Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətva verəcəyi gözlənilir.
Fevralın 19-da - ilk oruc günündə imsak vaxtının 06:06-ya, iftar vaxtının isə 18:30-a təsadüf edəcəyi gözlənilir.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью